Logo

Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – Yarmarkadan REPORTAJ + Qiymətlər

Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – Yarmarkadan REPORTAJ + Qiymətlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi məktəb və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. Əsasən metro stansiyalarının çıxışında quraşdırılan çadır tipli yarmarkalar sentyabrın 25-nə qədər fəaliyyət göstərəcək.

Sfera.az-ın əməkdaşı “28 May” metro stansiyasına yaxın ərazidə fəaliyyət göstərən yarmarkada olub, qiymətlərlə maraqlanıb. Satıcılardan biri əməkdaşımızla həmsöhbətdə bildirib ki, bu il sözügedən məhsullara tələbat normaldır: “Ötən illə müqayisə etdiyimiz zaman hansısa dəyişikliyin olduğunu demək olmaz. Hər şey qaydasındadır. Adətən insanlar yarmarkamızdakı qiymətlərlə maraqlanır, digər mağazalarla müqayisə edirlər. Bununla bağlı deyə bilərəm ki, yarmarkadakı qiymətlər məhsula görə fərqlənir, bəziləri təbii ki, mağazalardakı qiymətlərdən fərqlənir. Əlbəttə ən münasibət qiymətlərə məhsullar məhz burdadır”.

Digər müsahibimiz deyib ki, kağız məhsullarının qiymətində artım var: “24 vərəqlik dəftərlər yarmarkada 40 qəpik olsa da, mağazalarda 50 qəpikdən başlayır. Ümumiyyətlə məktəbli ləvazimatlarının qiymətləri başqa illərlə müqayisədə kəskin fərqlənmir. Ötən il qiymətlər necə idisə, elə də qalıb – nə artım var, nə azalma”.

Həmsöhbətimiz yarmarkada müştərilərə təqdim olunan bəzi məhsulların qiyməti ilə bağlı da məlumat verib.

Belə ki;

Qələm – 15 qəpik-1 manat

Rəsm albomu (vərəqlərinin sayından asılı olaraq) – 1-3 manat

Pozan – 50 qəpik-3 manat

Adi məktəbli çantası - 20 manatdan-55 manatadək

Yapışdırıcı – 70 qəpik-2 manat

Dəftər – 40 qəpik-5 manat

Penallar – 2-15 manat

Su qabı – 7-15 manat

Xətkeş – 50 qəpik- 3 manat

Qayçı – 1-2 manat

Plastilin – 1 – 2 manat (içindəki saydan asılı olaraq)

Fotolar: Anar Bayramlı

Günay Rəsulqızı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR