Logo

Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu - FOTO

Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu - FOTO
Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR