Rəşad Məcid Mətbuat Şurasının sədri olacaq? - YENİLƏNİB + AÇIQLAMA
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının sədri vəzifəsini icra edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, o , oxu.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib:
“Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.
Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun istefa ərizəsi yazması və onu Rəşad Məcidin əvəz edəcəyi barədə məlumat yayıb.
***
11:50
Mətbuat Şurasının sədri Əflatun Amaşov istefa ərizəsi yazıb.
Sfera.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Əflatun Amaşov tutduğu vəzifədən istefa verməklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.








