Logo

Polis bu rayonda ƏMƏLİYYAT keçirdi, 11 nəfər saxlanıldı - ADLAR

Polis bu rayonda ƏMƏLİYYAT keçirdi, 11 nəfər saxlanıldı - ADLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə 11 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, yaşadıqları evlərin həyətyanı sahəsində və çöllük ərazidə narkotik tərkibli bitkilər becərən 4 nəfər rayon sakini - Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə saxlanılıb.

Onlardan ümumi çəkisi 80 kiloqram olan 50 ədəd çətənə kolu, eləcə də Bilal Həmidzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb.

Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər – psixotrop maddələrin satışı ilə məşğul olan Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev,Sərxan Abdurəhimov,Əmirxan Sadıqov,Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.
Onlardan heroin, marixauana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR