Logo

Nəvai çantasındakı pulu və əşyaları nümayiş etdirdi - VİDEO

Nəvai çantasındakı pulu və əşyaları nümayiş etdirdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov çantasındakıları nümayiş etdirib.

Sfera.az xəbər verir ki, o, bunla bağlı videosunu TikTok-da paylaşıb. O, məşhur "Kilian” ətrindən istifadə etdiyini, maşınında və çantasında saxladığını vurğulayıb.

"Həmişə çantamda və ya üzərimdə nağd pul olmalıdır (bir topa 5000 rubl göstərir). Əgər gəzməyə gedirəmsə, bəxşiş verməyi sevirəm. Özümlə çanta gəzdirməyi o qədər də sevmirəm. Amma üzərimdə başqa nağd pulum da olur. Görürsünüz ki, pulun arasında bank kartım var. Onlar isə hamısı rezinlə bərkidilib. Pulu məhz rezinlə bərkitmək özüməməxsus bir tərzimdir. Çantamda həmçinin idarə etdiyim avtomobillərimin açarlarını, ehtiyat telefonumu da görürsünüz. Sənədlərimi də üstümdə səliqəli şəkildə gəzdirirəm. Bundan savayı çantamda eynəyim də var".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR