Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?
Qarabağ ermənilərini Ermənistanla birləşdirəcək yeni dəhlizin marşrutu sentyabrın ilk həftəsində istifadəyə veriləcək.
Sfera.az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə özünü qondarma "Xankəndi rejiminin" "ərazi idarəetmə və infrastruktur naziri" adlandıran Hayk Xanumyan erməni mətbuatına bildirib.
Onun sözlərinə görə, hələlik Xankəndi-Laçın-Gorus yolu fəaliyyətdə olacaq: "Alternativ marşrut yeni cənub dəhlizi üzrə fəaliyyət göstərəcək. Yeni yolda hərəkət yalnız Rusiya sülhməramlılarının bütün nəzarət-buraxılış məntəqələri yerləşdirildikdən sonra başlayacaq".
@Ehtimal olunur ki, yeni yolda hərəkət sentyabrın ilk həftəsində təşkil olunacaq. Yeni magistralın müvəqqəti hissəsi uzun illər işğaldan sonra nəhayət Azərbaycana qaytarılan Laçın, Zabux və Susdan yan keçərək Zabux-Tuğ yoluna birləşir", - Xanumyan deyib.
Xatırladaq ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin bu əraziləri tərk etmələri üçün avqustun sonu-sentyabrın əvvəlinədək vaxt verilib.






