Logo

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun SON GÖRÜNTÜLƏRİ - FOTOLAR

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun SON GÖRÜNTÜLƏRİ - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.

Sfera.az xəbər verir ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir.

Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.

Hazırda yolboyu 30 km-lik hissədə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası icra olunub, 20 km-lik hissəsində isə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.

Yolun qalan təqribən 9 km-lik hissəsində isə normativ en alınaraq yol yatağı tikilib, 700 metr hissəsində qaya tipli süxurlar mexanizmlə kəsilməsi, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir.

Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru, 9 düzbucaqlı su keçidi, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. Artıq 2, 19, 20 və 39-cu km-də inşa olunan körpülərin inşası, həmçinin yolun 8 km hissəsində beton baryerlərin tikintisi yekunlaşıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları” nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR