Logo

Baş Prokurorluq Ağalıda konfrans keçirdi - FOTO

Baş Prokurorluq Ağalıda konfrans keçirdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, konfransda Baş Prokuror Kamran Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso və digər şəxslər iştirak edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən məlumat təsdiq edilib.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR