Mağazalarda bu məhsulların qiyməti kəskin bahalaşdı (MÜQAYİSƏLİ QİYMƏT CƏDVƏLİ)
Kateqoriya məlum deyil
Azərbaycanda dolların manat qarşısında hər gün bahalaşması ərzaq mallarına təsir edib.
BAKU.WS-in əməkdaşının paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olur ki, satışda olan əksər məhsulların qiyməti son 1 ay ərzində artıb.
Satıcılar bildirir ki, son bir ayda hiss olunacaq dərəcədə bahalaşma müşahidə olunub. Ərzaq məhsullarındakı qiymətin bahalaşmasını satıcılar ABŞ valyutasının manat qarşısında möhkəmlənməsi ilə əlaqələndirirlər.







