Xərçəngə qalib gələn Xalq artisti: “Üzüm elə vəziyyətdə idi ki...” - VİDEO
Kateqoriya məlum deyil
Ağır xəstəlikdən sağalan Xalq artisti Ramiz Novruz yeni videoaçıqlama yayıb.
Sfera.az xəbər verir ki, aktyor xəstə olduğu vaxtlar efirə çıxmaqdan imtina etdiyini bildirib:
“Simam elə vəziyyətdə idi ki, deyə bilmirdim, utanırdım. O sifətdə efirdə görünmək istəmirdim. Düzəldim. Heç kim elə bilməsin ki, saymazlıq etdim. Xəstəlik ucbatından əsəbi olduğumu bilib məni yola verənlərə minnətdaram. Bu ərəfədə mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm”.






