Ermənistanın növbəti məsuliyyətsizliyi: “Qanunsuz əməllərə görə məhkəmə qarşısında cavab verəcəklər”

Ermənistanın növbəti məsuliyyətsizliyi: “Qanunsuz əməllərə görə məhkəmə qarşısında cavab verəcəklər”

Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 10 Noyabr razılaşmasına əsasən həyata keçirilir. Yolun marşrutu üçtərəfli bəyanata uyğun olaraq, Rusiya tərəfinin vasitəçiliyi müəyyən edilib və razılaşdırılıb. Digər tərəfdən Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür.

 

Bununla bağlı Sfera.az-a danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, qanunsuz  məskunlaşdırma Cenevrə Konvensiyalarının müddəalarının ciddi pozuntusu, müharibə cinayətidir:

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi  təhsil hazırki təhsildən daha vacibdir

“Bu, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Sözügedən ölkə qanunsuz əməllərə görə məhkəmə qarşısında cavab verəcək.  Həmin ərazilərdə qanunsuz məskunlaşmış şəxslərin mütləq əksəriyyəti məhz Ermənistan hakimiyyətindən onların Ermənistana köçürülməsini tələb edir. Bu şəxslərin Qarabağ bölgəsində yaşamaq istəməməsi öz-özlüyündə həmin şəxslərin bölgəyə aid olmadığını birmənalı təsdiq edir.  Qanunsuz məskunlaşmaya görə bütün məsuliyyəti məhz Ermənistan daşıyır. Bu vəziyyətin aradan qaldırılması da Ermənistanın məsuliyyətidir. Qanunsuz məskunlaşmanın aradan qaldırılması sülhün möhkəmləndirilməsi səylərinin mühüm tərkib hissəsi olmalıdır. Ermənistanın Laçın şəhəri daxil olmaqla, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması, bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların mülklərini, qəbiristan və məscidlərini tamamilə dağıtması, köçürülmüş ermənilər üçün evlər, kilsə və s. inşa etməsi etnik və dini zəmində ayrı-seçkiliyin bariz təzahürüdür”.

 

Müsahibimiz bildirib ki,  Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, razılaşmanın bəndlərini tam icra etməlidir:

 

“Azərbaycan yeni yolun Azərbaycan Respublikasının ərazisindəki hissəsinin inşasını yüksək keyfiyyətlə, qısa müddətdə icra edib. Bu, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin, o cümlədən, üçtərəfli bəyanatın icrasına Ermənistandan fərqli olaraq məsuliyyətlə yanaşmanın ən bariz nümunəsidir. Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq. Eyni zamanda, yeni yolun inşası ilə bağlı Azərbaycanın ardıcıl və sürətli addımlar atmasına baxmayaraq, Ermənistan öz ərazisindən keçən hissənin tikintisini uzatması bu ölkənin öz öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasını, yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək, yerli erməni əhalinin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yolun tikintisinə istifadə olunmasına razı olub. Bu, erməni əhalinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaq”.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb -  AZƏRTAC

 

Deputat həmçinin qeyd edib ki,  Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, qısa zamanda və yüksək keyfiyyətdə yeni yol inşa edir, növbəti xoş məram nümayiş etdirərək hərəkətin müvəqqəti yol ilə təşkili üçün ardıcıl tədbirlər həyata keçirir:

 

“Ermənistan isə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında maneəsiz gediş-gəlişin təmini ilə bağlı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmaqda davam edir.  Yolun inşası zamanı yerli erməni əhali ilə təmaslar olub - inşaat prosesinin mühüm bir hissəsi Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılıb. Bu isə Azərbaycanlı və erməni əhali arasında birbaşa təmasın və birgə fəaliyyətin mümkünlüyünü bir daha nümayiş etdirir. Yerli erməni əhali yeni yolun fəaliyyətə başlamasına razı olduğu təqdirdə, məhz Ermənistan hökuməti yolun fəaliyyətə başlamasını növbəti ilin sonuna qədər təxirə salmaq üçün cəhdlər göstərib. Bu, həmçinin yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərinin həlli istiqamətində Azərbaycanın müvafiq tədbirlər həyata keçirdiyini göstərir. Heç şübhəsiz ki, yeni yolun fəaliyyətə başlaması ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır. Ərazilərin Azərbaycana qaytarılması bu ərazilərdən Ermənistanın işğalı nəticəsində didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə öz doğma yurdlarına qayıtmasını təmin etməyə şərait yaradır”.

 

Günay Rəsulqızı

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;


OXŞAR XƏBƏRLƏR

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...