Logo

Qubada 500 hektarlıq meşə yanıb - YENİLƏNİB

Qubada 500 hektarlıq meşə yanıb - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

“Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

***

13:09

“Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb”.

Sfera.az “Report”a istinadən xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin üç avtomobili və bir helikopteri cəlb edilib:

“Yanğının söndürülməsi işləri davam etdirilir”.

E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR