Bu baş versə, ölkədə elektrik qiymətləri artacaq – Şərh

Bu baş versə, ölkədə elektrik qiymətləri artacaq – Şərh

“Dünya elektrik avtomobillərinə keçid edir. Biz də bu qlobal prosesdən kənarda qalmayacağıq. Amma biz buna yalnız Avropanın köhnə avtomobillərini istismardan çıxarandan sonra başlaya bilərik”.

Sfera.az bildirir ki, bunu avtomobil bazarı üzrə ekspert Ramin Musayev deyib.

 

O qeyd edib ki, neçə ildir hökumətdə müzakirələr gedir ki, elektromobillərin idxalı gömrükdə sıfırlansın:

 

“Mən də bunun baş verməsi üçün çalışıram. Bu olarsa, bir bacarıqlı sahibkar elektrik avtomobillərini lizinqə alıb, taksiyə buraxacaq, dövlətdən imtiyazalar alacaq, istehlak xərclərini azaldaraq daha çox gəlir əldə edəcək, az vergi ödəyəcək. Bu da başqalarının onu təkrarlamasına səbəb olaraq yeni  elektomobillərin sayının sürətlə artmasına gətirib çıxaracaq.

 

İllərlə baş verən hadisələr göstərir ki, taksiyə cəlb edilən avtomobil modellərinin populyarlığı və satışı artır.

 

Çində ekologiya bərbad vəziyyətdə olduğu üçün hökumət elektromobillərin artmasını təşviq edəndən sonra hamı ekoloji avtomobillərə keçir. Amma elektrik şəbəkəsi buna dözməyərək çökmüşdü. Bəs "Azərenerji" buna hazırdır? Hələ ki, vaxt var ona görə indidən bunu nəzərə alaraq şəbəkəni genişləndirməli və gücləndirməlidir.

 

Bəs belə hadisə olsa nə baş verəcək? Əlbəttə ki, elektrikin qiyməti yüksələcək ki, istehlak azalsın (iqtisadi addımlardan biridir). Amma qiymətin yüksəlməsi problemin həlli deyil və azalma qısamüddətli hal olur”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR