Logo

Beşəmlərin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

Beşəmlərin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda dünyaya gələn beşəmlərin son vəziyyət açıqlanıb.

Bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, avqustun 11-də doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir:

“Beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar.

Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alırlar, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir”.

Qeyd edək ki, körpələr - 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram olmaqla doğulublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR