Həkimdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda uşaqlar arasında virus yayılıb, ən çox bu yerlərdən keçir - VİDEO

Həkimdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda uşaqlar arasında virus yayılıb, ən çox bu yerlərdən keçir - VİDEO

"İyul-avqust aylarında uşaqlar və böyüklər arasında qusma, ishal və hərarətlə müşahidə olunan viruslar yayılır. Əslində bu, yeni virus deyil, koronavirusla da əlaqəsi yoxdur. Bunlar yanvar və avqust aylarında yayılan Rota viruslardır. Uşaqlarda daha çox görülür. Ürəkbulanma şəklində başlayır, qusma şəklində davam edir, ardınca da ishala çevrilir. Bəzi uşaqlarda ishal olmaya bilər, bəzilərində qarında ağrılar olur, bəzilərində qarında limfa düyünləri böyüyür, bəzilərində isə iştahsızlıq müşahidə olunur".

 

Sfera.az xəbər verir ki, bunu  "ARB24"ün efirində yayımlanan "Gündəm" verilişində həkim Qoşqar İsmayılov deyib.

 

Həkim qeyd edib ki, bu tip viruslar kontakt yolu ilə,  əsasən də, uşaqlar bir-birinin oyuncaqları ilə oynayarkən, əşyalarından istifadə edərkən yayılır. Rota viruslar daha çox hovuz və dəniz vasitəsilə keçir.

 

Həkim valideynlərə müraciət edərək bildirib ki, əgər uşaqda halsızlıq, iştahsızlıq, gün ərzində 5-6 dəfə qusma halı müşahidə olunursa, ishal başlayıb, hərarət yüksəlibsə mütləq ailə həkiminə müraciət etsinlər.

 

 

Vəsilə İbrahim, 

Sfera.az

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...