Hərbçimiz VƏFAT ETDİ - FOTO
Kateqoriya məlum deyil
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.
Sfera.az-ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.








