Bu telefon modellərindən istifadə edənlər DİQQƏTLİ OLSUNLAR! – Məlumatlarınız ələ keçirilə bilər

Bu telefon modellərindən istifadə edənlər DİQQƏTLİ OLSUNLAR! – Məlumatlarınız ələ keçirilə bilər

“Apple” şirkəti istifadəçilərinə xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki,  qurum “iPhone”, “iPad” və “Macbook”lara təsir edən ciddi təhlükəsizlik probleminin aşkar edildiyini açıqlayaraq, istifadəçiləri cihazlarının əməliyyat sistemlərini yeniləməyə çağırıb.

 

Qeyd olunub ki, sistem zəifliyindən “iPhone 6S” və bütün sonrakı “iPhone” modelləri, 5-ci nəsil və sonrakı “iPad”lər, bütün “iPad Pro” və “iPad Air 2” modelləri  və “macOS Monterey”  ilə işləyən bütün “Mac” kompüterləri təsirlənə bilər.

 

“Guardian”a danışan “SocialProof Security” təhlükəsizlik şirkətinin baş direktoru Raçel Tobak deyib ki,  bununla da hakerlərin cihazlara bütün inzibati girişi ələ keçirməsi və beləliklə də cihazın sahibi kimi çıxış etməsi reallaşacaq. Fəallar, jurnalistlər, ictimai şəxslərin casusluğun hədəfi ola biləcəyini qeyd edən Tobak sistemin tez bir zamanda yenilənməsinin vacibliyini vurğulayıb. “Apple” isə sistem zəifliyindən neçə istifadəçinin təsirlənəcəyi barədə məlumatı paylaşmayıb.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...