Logo

“Meşə yanğınlarının böyük faydası var” – İlqar Məmmədovdan ilginc açıqlama

“Meşə yanğınlarının böyük faydası var” – İlqar Məmmədovdan ilginc açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Düzdür, meşə yanğınları insan və təbiət üçün zərərli səciyyə alanda tədbirlər önəmlidir.  Amma yanğınların təbiətə böyük faydası da elmə məlumdur”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O, yanğınların ekosistemlərə yeni nəfəs verdiyini qeyd edib:

“Elə canlılar var ki, müntəzəm yanğınlar ekosistemi təzələməsə, onlar məhv olar. Uzun müddət meşələri yanğından bərk qorusan, geci-tezi yenə də yanacaq, amma yananda zərəri xeyrini üstələyəcək. Odur ki, hər dəfə meşədən tüstü çıxan kadrları görəndə fəlakət hissi yaşamaq və onu başqalarına ötürmək lazım deyil”.

Partiya sədri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hadisələrə münasibət bildirməli olduğunu da vurğulayıb:

“Qurum çıxıb xalqa desəydi, bu ilin yanğınları təbiət üçün sağlamlaşdırıcı axarındadırmı, yoxsa Fövqəladə Hallar Nazirliyinin daha ciddi müdaxiləsinə ehtiyac var. Bu, başqa söhbət olardı”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR