Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açacaq
Kateqoriya məlum deyil
“Ermənistan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin müəyyən edilməsi haqqında” hökumətin 12 may 2011-ci il tarixli qərarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən Ermənistan-Azərbaycan dövlət sərhədində 3 yeni buraxılış məntəqələri açılacaq.
Sfera.az xəbər verir ki, layihədə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının Azərbaycan toponimləri də yer alıb:
"Sotk" (Zod, Kəlbəcər), Qeqarkunik rayonu (Kəlbəcər rayonu)
"Yerasx" (Arazdəyən, Sədərək), Ararat rayonu (Sədərək rayonu)
"Qaraxunc" ("Eyvazlı"), Sünik rayonu (Qubatlı rayonu).






