Logo

Bakıda anbarda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakıda anbarda baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında anbarda və ona bitişik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

***

15:33

Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti yaxınlığında məişət tullantıları sahəsi və anbarda baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Sfera.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir.

***

14.10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

FHN-dən Sfera.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR