Bakıda 4 yaşlı qız binadan yıxılıb ÖLDÜ
Kateqoriya məlum deyil
Bakıda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
4 yaşlı Cəlali Zəhra Anar qızı yaşadıqları binanın 6-cı mərtəbəsinin eyvanından yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






