Bakıda “avtoş” əməliyyatı - VİDEO
Kateqoriya məlum deyil
Ötən gecə Bakıda yol polisi Heydər Əliyev prospekti ilə üzü şəhərə doğru hərəkət edən ''Vaz-2106'' markalı avtomobilin sürücüsünə saxla işarəsi verib. Sürücü 27 yaşlı Sadıq Hadıyev polisə tabe olmayıb. Əksinə təhlükəli hərəkətlər edərək hətta istiqamətini dəyişib, Koroğlu metrostansiyasına doğru hərəkət etməyə başlayıb.
Sfera.az xezerxeber-ə istinadən xəbər verir ki, bir neçə yol polisinin təqibindən sonra sürücü Sadıq Hadıyev süni tıxacla saxlanılıb.
Avtomobili sənədsiz idarə edən sürücü yol polisi tərəfindən sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Avtoxuliqanlıq etdiyi üçün onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim ediləcək.






