Logo

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - SİYAHI

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 3 hərbçiyə general-leytenant, 6 hərbçiyə isə general-mayor rütbəsi verilib.

Sfera.az "Unikal"a istinadən onların siyahsını təqdim edir:

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - SİYAHI

General-leytenant rütbəsi alan Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub.

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - SİYAHI

General-leytenant ali hərbi rütbəsi verilən digər DSX hərbçisi isə Müzəffər Pirizadədir. O, ötən il DSX-nin Sahil Mühafizə xidmətinə rəis təyin edilib.

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - SİYAHI

DSX-nin Aparat rəhbəri Elçin İbrahimova da general-leytenant rütbəsi verilib. O artıq bir neçə ildir ki, sözügedən vəzifədə çalışır.

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - SİYAHI

General-mayor ali hərbi rütbəsi verilən Vüsal Sultanov isə Vətən Müharibəsi Qəhrəmanıdır. Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin polkovnikidir. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Vüsal Sultanovla bərabər, Zaur Rəşidoviç Niftullayevə, Natiq Zahid oğlu Abuzərliyə, Misir Əziz oğlu Əliyevə, Aqil İnşalla oğlu Babayevə, Azad Əyyub oğlu Abdullayevə də general-mayor rütbəsi verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR