“AQTA-nın enerji içkiləri ilə bağlı monitorinqini alqışlayıram” – Eyyub Hüseynov

“AQTA-nın enerji içkiləri ilə bağlı monitorinqini alqışlayıram” – Eyyub Hüseynov

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib.

Bu məqsədlə ölkəmizdə istehsal olunan, eləcə də idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb. Monitorinqlər çərçivəsində bir çox içkilərin enerji içkisi olub-olmaması araşdırılıb.

 

Maraqlıdır, adları çəkilən içkilər bundan sonra necə adlanacaq? Ümumiyyətlə AQTA-nın belə bir monitorinq keçirməsinə səbəb nə olub?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, mən hər zaman insanların enerji içkilərini istehlak etməməsinin tərəfdarı olmuşam:

 

“Azad İstehlakçılar Birliyi olaraq biz daim enerji içkilərinə əlçatanlığın azaldılması işini aparmışıq. Dövlət orqanları da bu sahədə bizə kömək edib. Bu sahədə vergilərin artırılması buna misal ola bilər.  Qida Təhlükəsizliyi Agentliyində ictimai şuranın üzvü olaraq tək enerji içkiləri deyil, bu kimi digər məhsulların istehlakına qarşıyam. Üzərində yazılan ilə tərkibi arasında fərq olan bu kimi məhsullar çoxdur. Misal üçün, əhalinin çox istifadə etdiyi kolbasa məhsullarında da bənzər hallar var”.

 

E. Hüseynovun sözlərinə görə, əgər enerji içkisinə qabının üzərində qeyd edilən maddələrdən az vurulubsa yəni suya daha çox bənzəyirsə AQTA sakit durmalıdır:

 

“AQTA-nın yerinə olsam, sakit durardım. Arzu edərdim ki, istehlakçılar aldadılsın, enerji içkisi yox, elə su içsinlər. Çünki onların su içməsi enerji içməsindən daha faydalıdır. AQTA həm də onu bilməlidir ki̇, "Coca-Cola", "Pepsi", "Fanta" da ən az enerji içkiləri kimi zərərlidir. Təklif edirəm ki, bu məhsullar üzrə də bənzər monitorinqlər keçirilsin. O ki qaldı AQTA-nın belə bir monitorinq keçirməsinə, deyə bilərəm ki, qurum hər zaman belə monitorinqlər keçirib. Mən bunu alqışlayıram”.

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...