“Məktəbli formaları məmurların sexlərində tikilir və...” – Deputatdan etiraz

“Məktəbli formaları məmurların sexlərində tikilir və...” – Deputatdan etiraz

“Bu gün əksər vətəndaşımızın ən yaralı yeri dərsliklər və məktəbli paltarıdır. Heç nəyi gizlətmək lazım deyil - həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır”.

Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, sözügedən şəxslər vətəndaşlardan pul qoparmaq üçün hər vasitəyə əl atırlar:

 

“Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı kitabı da almalısan ki, kimlərsə pul qazansın? Əlavə məcburən yalnız yükü olub məzmunu olmayan bu qədər kitab aldırarlar? Üstəlik də bu dərslikləri niyə may ayında yığırsınız? Onsuz da dərslər mənasızdır. Çox vətəndaş uşağının təhsil alması naminə bunu boğazından kəsib ödəyir. Məktəbli forması isə başdan-ayağa hoqqabazlıqdır. Bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiymət yapışdırırlar. Hamı  inhisarçıdan baha qiymətə forma alır. Bu forma isə çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır, formasına deyil”.

 

Deputat bu istiqamətdə təklif də irəli sürüb:

 

“Müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy, bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa verəcək. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa, yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, narkomanın sayının artması deməkdir. Bu ölkə onsuz da cahilliyə məğlub olmağa doğru gedir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...