Şair, esseist Rəvan Cavid haqqında MƏLUMAT
Rəvan Cavid - 19 yanvar 1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
2004–2015-ci illərdə Səfikürd kənd tam orta məktəbində təhsil alıb. 2015–2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnşaat mühəndisliyi" ixtisası üzrə təhsil alıb. 2017-ci ildə ədəbi yaradıcılıqla məşğul olmaq üçün universiteti atıb. 2017-ci ildən Rəvan Cavid imzasıyla dövri mətbuatda, ədəbi qəzet və jurnallarda, saytlarda şeirləri, esseləri, publisistik yazıları ilə çıxış edir.
2016–2018-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin birgə layihəsi olan "III Gənc Ədiblər Məktəbi"ndə yaradıcılıq təhsili alıb. 2019-2020-ci illərdə "Artkaspi.az" mədəniyyət saytında fəaliyyət göstərib. 2022-ci ildən isə "Kulis.az" mədəniyyət portalında müxbir kimi çalışır. 2017-ci ildə "7" adlı şeirlər kitabı işıq üzü görüb. 2020-ci ildə "Mavi boyalı ev" adlı şeirlər toplusu nəşr edilib. 2021-ci ildə Türkiyədə "Absürt menü" adlı esselər kitabı çap olunub. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin "Uğur" mükafatını qazanıb. 2022-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.
Həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.






