Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulan beşəmlərin müalicəsinə davam edilir.

 

Sfera.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, beşəmlərdən üçünün vəziyyəti kritik ağırdır:

 

"Biri “CPAP”, ikisi süni ventilyasiya aparatındadır. İkisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirmiş oksigen alır".

 

Qeyd edək ki, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülmüşdülər.

 

Xatırladaq ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. İnstitutda onlara bütün zəruri kliniki, laborator müayinələr aparılıb və buna uyğun olaraq müalicələrinə davam edilir.

 


OXŞAR XƏBƏRLƏR