“Azərbaycanın musiqi sahəsində vəziyyət qat-qat pisdir” – Bəstəkardan tənqidi sözlər 

“Azərbaycanın musiqi sahəsində vəziyyət qat-qat pisdir” – Bəstəkardan tənqidi sözlər 

“Bu gün musiqi kanallarında onlarla videoklip yayımlansa da, heç biri yadda qalmır”.

 

Sfera.az bildirir ki, bunu bəstəkar-müğənni Murad Arif deyib. O qeyd edib ki, artıq musiqi deyil, onun qıcıq doğurması, erotikası və bütün bunların gətirdiyi baxış sayı önəmsənir:

 

“İnkişaf etmiş ölkələrdə hələ də musiqi istehsal edənlər qazanır. Yəni baxış sayı bərbad olan o “Sting” hələ də albom çıxarır, konsert verib əla dolana bilir, çünki, bazar böyükdür. Bəs biz? Bizdə isə vəziyyət qat-qat pisdir.. Azərbaycanda industriya tamamən kütlə tərəfindən idarə olunur. Kütlənin özünün idarə metodu var. “Youtube” trendləri, baxış sayı musiqiçini önəmli yaxud önəmsiz edir. Oxuduğun zibildirsə, milyonlarla baxışa əsaslanaraq mətbuatı da, televiziyanı da ram edirsən, önəmli olursan və əksinə...”.

 

M.Arif bildirib ki, bizim kimi ölkələrdə məhz bu səbəblərdən mahnı müsabiqələri, teatrları olmalıdır: “Dövlətin pul ilə əməkdaşlıq etdiyi musiqiçilər, layihələr, bəstəkarlar, müğənnilər olmalıdır. Öz müəlliflərimizlə işlənməli, onlarla Avroviziyaya çıxmalı, insanlara bu şərait yaradılmalıdır. Gerçək musiqi yazan bəstəkarlardan mahnılar alınmalı, yaxşı ifaçılara verilməli, kliplər çəkilməli, aktiv rotassiya edilməlidir. Bunlar ölkədəki musiqi ab-havasına balans gətirərdi. Bütün ölkənin, səhər-günorta-axşam eşitdiyi şeylər, gec-tez bu ölkənin özünü də dəyişəcək”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR