Qəzaya düşən Hollivud ulduzu dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Ötən həftə qəzaya düşən Hollivud ulduzu Enn Xeçe dünyasını dəyişib.
Sfera.az bildirir ki, Emmi mükafatlı aktyor 53 yaşında vəfat edib. 9 gündür komada olan ulduz uyğun orqan alıcıları tapdıqdan sonra tənəffüs aparatından çıxarılıb.
Qeyd edək ki, avqustun 5-də Enn Xeçe maşını ilə Los-Ancelesin Mar Vista bölgəsindəki evinin yaxınlığındakı evə çırpılıb. O, xilas edilməzdən əvvəl avtomobilində təxminən yarım saat qalıb.
Türkan






