Logo

Bakıda universitetlə üzbəüz narkomanlar yuvası - VİDEO 

Bakıda universitetlə üzbəüz narkomanlar yuvası - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda ali təhsil ocağı ilə üzbəüz narkomanlar yuvası var.

Sfera.az ATV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu Süleyman Rüstəm küçəsində  uzun müddət nəzarətsiz qalan ərazi narkomanların yuvasına çevrilib. Narkomanlar sözügedən əraziyə axşam saatlarında yığışır.

Yerdə narkotik istifadəsi üçün əşyalar var. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, narkomanlar səhərlər müxtəlif məişət tullantıları yığıb satmaqla məşğuldurlar. Həmçinin bildirilib ki, bu ərazidə bir zamanlar balıq hisə verilmə zavodu fəaliyyət göstərib. Zavod təxminən 18 il əvvəl sökülüb və yerində yaşayış binasının tikintisi planlaşdırılıb. Amma daha sonra nədənsə iş yarımçıq qalıb.

Qeyd edək ki, ərazidə S.Rüstəm 33 ünvanında Bakı Slavyan Universiteti yerləşir.

//www.facebook.com/watch/?v=447664000707857

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR