Bakı Dövlət Cıdır Meydanında yanğın – FOTO
Kateqoriya məlum deyil
Bakı Dövlət Cıdır Meydanında yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yanğın saat 14:25 radələrində baş verib və hələ də söndürülməyib.
Alov meydanın yarısını bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını cəlb edilib.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.






