“Azərbaycanda özəl müdafiə sənayesi şirkətləri yaradılmalıdır” - Açıqlama

“Azərbaycanda özəl müdafiə sənayesi şirkətləri yaradılmalıdır” - Açıqlama

“Azərbaycanda özəl müdafiə sənayesi şirkətləri yaradılmalıdır. Təəssüf ki, bu mövzuda heç bir irəliləyiş yoxdur”.

Sfera.az bildirir ki, bunu hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, sözügedən şirkətlərin olmaması dövlətimizin siyasi maraqları ilə də üst-üsə düşmür:

 

“Buna mane olmaqla Azərbaycan adıçəkilən sahədə adını sadalamaq istəmədiyim ölkələr qarşısında asılı vəziyyətə düşür. Bu isə birbaşa milli təhlükəsizliyimizə xələl gətirir. Bununla da "pərdələnmiş", lakin silah qaçaqmalçılığı ilə məşğul olan xarici ölkə vətəndaşlarının, yəni bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi istisna edilməyən şəxslərin Azərbaycana ayaq açmasına imkan yaradılır”.

 

Ekspert qeyd edib ki, həmin şirkətlər yaradılarsa, ölkəmizin müdafiə sənayesi sektorunun inkişafında yeni dövr açılar:

 

“Bazar iqtisadiyyatı qaydaları - rəqabət formalaşar, yeni və müasir məhsulların istehsalı yaradılar, rəqəmsal texnologiyalar sahəsindəki müasir hərbi vasitələrin istehsalının şahidi olarıq. Ən əsası isə hərbi sənaye məhsullarının yaradılması və istehsalı üçün vacib olan elmi-nəzəri bazanın inkişafına təkan verərik.  Əks təqdirdə ölkəmizin bu sahədə asılılığı artar, bu da dövlət müstəqilliyimizin və hərbi gücümüzün inkişafına maneə yaradar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR