Logo

Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah yağış yağacaq, şimşək çaxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR