Xocavənddə tapılan Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları - VİDEO
Kateqoriya məlum deyil
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının görüntülərini yayıb.
Sfera.az xəbər verir ki, görüntülərdə II Qarabağ müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən vurulan helikopterin tamamilə məhv olduğu məlum olur
Qeyd edək ki, avqustun 11-də Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.






