Qarət olunan məşhur türk müğənnisinin pul qabından manat çıxdı - VİDEO, FOTOKateqoriya məlum deyil07.01.2016 22:41A−AA+Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol"Həmin oğruya halal olsun"Türkiyənin məşhur müğənnisi Alişan qarət olunub. ANS PRESS-in məlumatına görə, ifaçının Çağla Şikelin doğum günü partisində iştirak edən zamanı pul kisəsi oğurlanıb.Müğənni evə gəldikdən sonra xəbəri olub ki, pul kisəsi oğurlanıb. Belə ki, pul kisəsində onun sənədləri, kredit kartları 400 dollar, 50 AZN və 20 funt-sterlinq pulu olub.Polis məntəqəsinə xəbər verib qəzetdə elan vermək istəyən müğənninin pul kisəsi tapılıb. Naməlum bir şəxs Alişanın evinə gələrək pul qabını ona verib.Pulları oğurlanan, amma sənədləri və kartları yerində olan Alişan "Pulu oğurlayana halal olsun. Heç olmasa sənədlərimi və kartlarımı xilas edə bildik" deyib.PAYLAŞ