Yer üzündə kişi qalmayacaq... - VİDEO
Kateqoriya məlum deyil
Avstraliyalı mütəxəssislər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
Onların sözlərinə görə, 5 milyon il sonra yer üzündə kişi qalmayacaq. Buna səbəb kimi kişi genlərinin formalaşmasına cavabdeh olan Y xromosomunun zəif olması və getdikcə dağılması göstərilir. Məsələn 300 milyon il əvvəl "Y" xromosomunda 1400 gen var idisə, indi onların sayı cəmi 45-dir. Bütün bunları nəzərə alan alimlər yeni kişi nəslini formalaşdırmaq üçün araşdırmalara başlayıblar. Bu nəslin kimə və nəyə bənzəyəcəyi isə sual olaraq qalır.
Təbii ki, deyilənlərin doğru və ya ortaya atılan növbəti yalançı fərziyyə olub-olmadığı sual olaraq qalmaqdadır.
(atv.az)






