“Avropa sanki bunları görmürdü...” – Natiq Cəfərli

“Avropa sanki bunları görmürdü...” – Natiq Cəfərli

“Dünən Avropada 1000 m3 qazın qiyməti 2250 dollar oldu. AB ölkələri enerjidən istifadədə öz vətəndaşlarına çoxsaylı məhdudiyyətlər gətirir - hətta elektrik enerjisinin, qazın, suyun günün bəlli saatlarında kəsiləcəyini, məhdudiyyətlər olacağını söyləyib vətəndaşları buna hazırlayırlar”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O qeyd edib ki, rəsmi Moskvanın enerji daşıyıcılarından silah, təzyiq vasitəsi kimi istifadə etməsi məlum məsələ olsa da, Qərbin, əsas da AB ölkələrinin bu məsələlərdə hazırlıqsız yaxalanması öz səhvləridir:

 

“2009-cu ildə onsuz da Rusiya qaz-neftdən silah kimi istifadə etmişdi, 2014-15-ci illərdə də AB-yə problemlər yaratmışdı, amma Qərb bunları sanki görmürdü, hətta yanlış addımlar atırdı. Məsələn, bərpaolunan enerjiyə çox güvəndilər - problemlər çıxdı, alternativ mənbəələr hazırlamadan AES-nı bağladılar, atom enerjisini zərərli elan etdilər, amma sonra 2022-nin yanvarında qərara yenidən baxıb atom enerjisini "yaşıl" elan etdilər. “Pandemiya” adlı bəlanı isə o qədər mənasız idarə etdilər ki, problemlər daha çox artdı, inflyasiya yüksəldi, tədarük zəncirləri qırıldı. Ukrayna böhranı da göz görə-görə gəldi - 2014-dən məlum idi ki, “ayı” Ukraynanı parçalayacaq, Krımı qopartdı, şərq və cənubu da qoparmağa çalışacaq. Gərək “ayı” vəhşiləşərdimi ki, Qərb milyardlarla dollar dəyərində silah-sursat verərdi Kiyevə?! Son 8 ildə Ukraynaya indi təmin etdikləri dəstəyi nədən vermirdilər?!”.

 

Ekspert Qərbin "sovetləşdiyini” və bundan narahat olduğunu vurğulayıb:

 

“Avropada işıq-qaz-su problemləri, inflyasiya və kasıblıq artdıqca, azadlıqları müxtəlif bəhanələrlə daraldıqca Qərbdə radikal, populist qruplar güclənəcək. Bir daha deyim ki, Qərbin ən güclü və ən zəif tərəfi eyni şeydi - hər ikisi demokratiya və seçkidir, sadəcə zamana və şəraitə görə bu amillər gah güclü, gah da zəif faktor olur. İndiki problemlər Qərbi zəiflədir, öz dəyər və  prinsiplərindən uzaqlaşdırır. Bu, çox təhlükəli tendensiyadır, avtoritar sistemlərə qol-qanad verən prosesdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...