Logo

Yevlaxda evini yandıran şəxsi neçə il cəza gözləyir?

Yevlaxda evini yandıran şəxsi neçə il cəza gözləyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Murad Əliyevin törətdiyi cinayət əməli kompleks yanaşma tələb edir. Belə ki, onun törətdiyi əməl nəticəsində təkcə özlərinin yaşadığı mənzil deyil, həm də yataqxananın əmlakına da ziyan dəyib.

Sfera.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov avqustun 9-u Yevlax şəhərində məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən yanğın törədən şəxslə bağlı danışarkən deyib.

“Cinayət prosessual qanunvericiliyə əsasən, vurulmuş ziyanla bağlı zərərçəkmiş şəxslərin dairəsi müəyyənləşdirlməlidir. Zərərə məruz qalmış hüquqi və fiziki şəxslərin cinayət işi üzrə zərəçəkmiş şəxs kimi tanınmaq və mülki qaydada zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları var. Zərərin miqdarı veriləcək cəzaya da təsir edəcək. Əgər vurulmuş zərər külli miqdar təşkil edərsə, o halda Murad Əliyevi on ilədək cəza gözələyir”, - hüquqşünas bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR