Azərbaycanda “Yüksəliş”in finalçısına VƏZİFƏ VERİLDİ - FOTO
Kateqoriya məlum deyil
“Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.
Sfera.az xəbər verir ki, bu barədə İB-nin “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, İB-nin Baş direktorunun müvafiq əmri ilə “Yüksəliş” müsabiqəsinin finalçısı Murad Kərimov Birliyin İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə təyin olunub.







