Logo

Ağdamda kütləvi zəhərlənmə: SON VƏZİYYƏT AÇIQLANDI

Ağdamda kütləvi zəhərlənmə: SON VƏZİYYƏT AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Zəhərlənənlər xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.

Bəs xəstəxanadakı zəhərlənməyə nə səbəb olub?

Xəstəxanada tibb işçilərinin özləri zəhərləndi. Hadisə Ağdam rayon Mərkəzi xəstəxanasında baş verib.

Kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

Zəhərlənən  12 nəfər  tibb işçisinin vəziyyəti normal olsa da, yenə də  həkim nəzarətində saxlanılır.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya gəlib. Zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR