F-22 RaptorLockheed Martin firması tərəfindən ABŞ üçün hazırlanan döyüş qırıcısı F-22 Raptor radarda az görünməsi, hava döyüşlərindəki üstünlüyü ilə seçilir.
F-22 Raptor indiyə qədər hazırlanmış ən güclü və təkmilləşmiş döyüş qırıcısı kimi qəbul edilir. Bir F-22 Raptor-un hazırlanması 150 milyon dollara başa gəlir. Hazırda satışı həyata keçirilməsə də, qiyməti 200 milyon dollar olaraq müəyyən edilib.
Sukhoi T-50Rusiya Hərbi Hava Qüvvələri üçün hazırlanan Sukhoi T-50 ABŞ-ın F-35 Lightnin II modelinə rəqib olaraq göstərilir. Hər iki qırıcı beşinci nəsil döyüş təyyarələridir.
Çox məqsədli döyüş qırıcısı olan Sukhoi T-50 hələ hazırlanma mərhələsindədir və 2016-cı ildə Rusiya ordusuna təhvil verilməsi gözlənilir.
Chengdu J-20 Chengdu Aircraft Industry Group tərəfindən Çin ordusu üçün hazırlanan beşinci nəsil motorlu “Kabus” döyüş qırıcısının prototipidir.
J-20-nin ilk uçusu 2011-ci il yanvarın 11-də olub. Qırıcının 2018-ci ildə təhvil verilməsi gözlənilir.
Eurofighter TyphoonEurofighter Typhoon Avropa Birliyi istehsalı olan çox məqsədli, cüt motorlu, delta qanadlı döyüş qırıcısıdır. Dizaynı Rusiyanın MiG 1.44 qırıcıları əsasında hazırlanıb.
Cəldliyi və müasir texnologiya ilə təhcil olunması əsas üstünlükləridir. İlk dəfə NATO tabeçiliyində Liviyanın bombalanması zamanı istifadə olunub.
MH-X Silent Hawk
MH-X Silent Hawk haqqında heç bir rəsmi məlumat yoxdur. Haqqında ilk məlumat isə “Əl-Qaidə”nin lideri Ben Ladenin öldürülməsi zamanı baş verən qəzadan sonra aşkara çıxıb.
ABŞ-in sirr kimi saxladığı bu lahiyənin nə vaxt rəsmilik qazanacağı məlum deyil.
X-47BX-47B ABŞ müdaiə texnologiyası şirkəti Northrop Grumman tərəfindən hazırlanmış pilotsuz döyüş qırıcısıdır. Yerdən idarə olunan X-47B havada ilk yanacaq doldurula bilən pilotsuz döyüş qırıcısıdır.