Bakıda qazi tanışını GÜLLƏLƏDİ - ŞOK SƏBƏB

Bakıda qazi tanışını GÜLLƏLƏDİ - ŞOK SƏBƏB

Bakıda tanışını güllələyən Vətən müharibəsi qazisi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Tural Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə hökm elan edilib.

 

Avqustun 3-də elan edilən hökmə əsasən, T.Məmmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Güllələnmə hadisəsi bu il fevralın 21-də baş verib. Vətən müharibəsi qazisi Tural Məmmədov Binə qəsəbəsi ərazisində İlkin adlı tanışını “Escort” markalı tüfənglə güllələyib. Hadisəyə səbəb Turalın Binə qəsəbəsinin daxilində marşrut xətti üzrə avtobus istismara verməsi olub. Bu isə həmin ərazidə marşrut xətti işlədən Əfqan adlı şəxsin marağına toxunub və həmin şəxs Turala məxsus avtobusun qarşısını kəsərək hərəkətinə mane olub, avtobusdakı sərnişinləri düşürərək öz avtobusunun fəaliyyətini davam etdirdiyini bildirib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb. Əfqan Turalla görüşə qohumu İlkin adlı şəxslə gedib. Tural isə həmin yerə avtomobilinə silah qoyaraq yollanıb.

 

Görüş zamanı Turalla İlkinin arasında sözlü mübahisə başlayıb və o, özü ilə gətirdiyi tüfənglə İlkinə atəş açaraq ona qarın nahiyəsindən ağır xəsarətlər yetirib. Hadisə yerinə özünü çatdıran Tural Məmmədovun qardaşı Vüsal Məmmədov silahı onun əlindən alıb.

 

Məhkəmədə ekspertiza rəyi elan edilib. Bildirilib ki, hadisə vaxtı T.Məmmədov affekt vəziyyətində olmasa da, onun psixoloji problemləri var.

 

Həmçinin zərərçəkmiş şəxs Turalı bağışladığını, onun həbsdən azad edilməsini istədiyini deyib.

 

Məhkəmə T.Məmmədovun ilk dəfə cinayət törətməsini, Vətən Müharibəsində rəşadətlə iştirak etməsini, günahını səmimi etiraf etməsini, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, onun 5 ay 12 gün (bu il fevralın 22-dən) həbsdə saxlanılmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...