Logo

“Laçını tərk edən ermənilər klounluq edir, onların heç ataları burada doğulmayıb...” - Açıqlama

“Laçını tərk edən ermənilər klounluq edir, onların heç ataları burada doğulmayıb...” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“1992 -ci ilə qədər Laçın rayonunda barmaqla sayılacaq sayda erməni ailəsi yaşayırdı. Əhalinin 99 faizi azərbaycanlılardan ibarət idi. Son illərdə Laçına Yaxın Şərqdən də erməni ailələri köçürülmüşdü, cəmi 200- 300 ermənidən söhbət gedir”.

Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib. O, hazırda Laçını tərk edən ermənilərin dram qurduqlarını, klounluq etdiklərini qeyd edib:

“Onların heç ataları Laçında doğulmayıb. Azərbaycanlıların hazır evlərində oturub, indi qonaq olduqları tikililəri tərk edən haylar artist olduqlarını bir daha sübut edirlər. Bizlər hayları qonaq gəldikləri Qafqazdan, onları çox istəyən məmləkətlərə göndərməliyik. 4 milyondan çox qərbi azərbaycanlı ana yurdlarına qayıtmalıdırlar”.

Ekspert bildirib ki, qarşıdakı aylar və illərdə Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə Qarabağı zorla tərk edən yerli əhali -azərbaycanlıların vəziyyəti əsas mövzulardan biri olacaq:

“Bu kontekstdə SSRİ tərəfindən əsassız şəkildə qəbul edilən hüquqi aktlar bizim yanımızda olacaq yerli və beynəlxalq ekspertlər tərəfindən dərindən araşdırıla bilər. Ukrayna, Finlandiyanın gələcək aqibətlərinin Moskva tərəfindən şübhə altına salındığı bir vaxtda, 1920-ci illərdə Sovetlərə Ararat Respublikasının hansı ərazilərlə daxil olması məsələsi gündəmdə saxlanılmalıdır. 1920- 1991-ci illər ərzində Ermənistan qanunsuz şəkildə əldə etdiyi 20 min kvadrat kilometr torpaqları yiyəsinə qaytarmalıdır. Qərbi azərbaycanlıların hansı sənədlərlə torpaqlarından sürgün edildikləri, Qərbi Zəngəzurun, Göyçənin hansı qondarma sənədlərlə Ermənistana verildiyi məsələləri qaldırılmalıdır. Sayları hazırda 16 min nəfərə qədər olan Qarabağ erməniləri üçün ah-nalə çəkənlər vaxtilə Ermənistanı tərk edən azərbaycanlıların sayının milyonlarla olmasını unutmamalıdırlar”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR