Logo

Polis Zaqatalada əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

Polis Zaqatalada əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə keçirilən tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR