Kəlbəcərdə şəhid olan zabitimiz dəfn edildi - FOTO
Kateqoriya məlum deyil
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də şəhid olan Əliyev Babək Əsgər oğlu torpağa tapşırılıb.
Sfera.az xəbər verir ki, şəhid zabit Naxçıvanın Culfa rayonu, Ləkətağ kəndində dəfn olunub.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz nişanlı idi.







