Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
Avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən, avqustun 5-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, düşən yağışın miqdarı Gədəbəydə 23 mm, Göygöldə 18 mm, Daşkəsəndə 16 mm, Gəncədə 13 mm, Şahdağ, İsmayıllıda 9 mm, Altıağacda 8 mm, Qırızda 7 mm, Oğuzda 6 mm, Naftalan, Xaltan, Şamaxıda 5 mm, Göyçay, Qəbələ, Şəki, Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.
Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib.
Havanın temperaturu avqustun 5-də Bakıda iqlim normasından 2,7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34 dərəcə isti, Naxçıvan MR-da 38-40 dərəcə, Ordubadda 42 dərəcə isti, dağlıq rayonlarda 26-28 dərəcə isti, aran rayonlarında 35-40 dərəcə isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək.






