Azərbaycan vətəndaşları Moskvada mənzil alışını artırıb
15:34 / 05.08.2022
17875
Azərbaycan vətəndaşları tərəfindən Moskvada mənzil alışı son 6 ayda xeyli artıb.
Sfera.az “Lenta.ru” saytlna istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları MDB ölkələrinin nümayəndələri arasında Moskvada ən aktiv mənzil alıcısı olub.
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları tərəfindən Rusiya paytaxtında daşınmaz əmlakın alınması ilə bağlı müraciətlərin sayında artım 31,34 faiz təşkil edib. İkinci sırtada olan Özbəkistan vətəndaşlarından daxil olan müraciətlərin sayı 23,42 faiz artıb.
Ümumilikdə, 2022-ci ilin birinci yarısında MDB ölkələri vətəndaşlarından paytaxtda mənzil alınmasına tələb 2021-ci ilin ilk altı ayı ilə müqayisədə 0,82 faiz artıb.
Vasif
Sfera.az