Laçında yaralanan əsgər də həlak oldu - YENİLƏNDİ
Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
***
14:24
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
Bu barədə Müdafiə Nazirliyindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.






