Logo

Xəzər dənizində 2 nəfər xilas edildi - FOTO

Xəzər dənizində 2 nəfər xilas edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avqustun 4-ü saat 17:45-də DSX Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1 000 metrədək məsafədə köməksiz vəziyyətdə qalan Abşeron rayon Masazır qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilib.

İlkin tibbi yardım göstərildikdən sonra onlar “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR