Logo

Ağdamda avtoxuliqan HƏBS EDİLDİ - FOTO

Ağdamda avtoxuliqan HƏBS EDİLDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən xəbərə görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb. İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib.

E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR